Sevilla Bakıya 23 futbolçu ilə yola düşdü - FOTO


İdman 17 Sen 2019 16:52:00 267 0

Sevilla Bakıya 23 futbolçu ilə yola düşdü - FOTO

Avropa Liqasının qrup mərhələsində Qarabağ-la qarşılaşacaq Sevilla Bakı səfəri öncəsi İspaniya hazırlığını tamamlayıb.

Goal.az xəbər verir ki, komanda bu gün son məşqinə çıxıb.

Yalnız zədəli Nolito kollektivdən ayrı fərdi məşqlə kifayətlənib. Zədə ucbatından ötən həftəsonu Alaves-lə görüşü də buraxan İspaniya millisinin üzvü ilə bağlı yekun qərar bu gün verilib. Baş məşqçi Xulen Lopeteqi 33 yaşlı forvardı Bakıya gətirməmək qərarına gəlib. La Liqanın növbəti turunda Real-la keçiriləcək oyunu da nəzərə alan Lopeteqi oyunçusuna tamam sağalmaq imkanı yaradıb.

Sevilla ölkəmizə 23 futbolçu ilə yola düşüb. 

Xatırladaq ki, Qarabağ - Sevilla oyunu sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.