Heydər Əliyevin doğum günü ilə bağlı YAPın keçirdiyi müsabiqənin qalibləri ilə görüş olub FOTO


Siyasət 17 Sen 2019 16:41:00 220 0

Heydər Əliyevin doğum günü ilə bağlı YAPın keçirdiyi müsabiqənin qalibləri ilə görüş olub  FOTO

Bu gün Heydər Əliyevin doğum günü ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən keçirilən müsabiqənin qalibləri ilə görüş olub.

Son.az Trend-ə istinadən bildirir ki, görüşdə YAP sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı iştirak edib.

Tədbiri giriş sözü ilə açan Ə.Əhmədov Heydər Əliyevin gənclərə, o cümlədən tələbələrə diqqət və qayğısından danışıb.

Ə.Əhmədov bildirib ki, 15 ildir ki, Azərbaycanda Heydər Əliyevin doğum günü ilə bağlı məktəblilərin yarış müsabiqəsi keçirilir:

"YAP həmin müsabiqənin qalibləri ali məktəblərə daxil olanda onlara təqaüd təyin edilməsi ilə bağlı qərar qəbul edib. Bu illər ərzində YAP-ın təqaüdünü alan çox sayda tələbə olub. Bu gün burada toplananlar ikinci və yuxarı kurs tələbələridir. Bizim həmin tələbələrlə görüşümüz onların təhsilləri ilə maraqlanmaq məqsədi daşıyır".

Daha sonra tədbir çıxışlarla davam edib.