Barattson PMS üzrə "Açıq qapı" tədbiri təşkil edib (FOTO/VİDEO)


Digərləri 17 Sen 2019 16:27:30 185 0

Barattson PMS üzrə "Açıq qapı" tədbiri təşkil edib (FOTO/VİDEO)

“Barattson” tədris mərkəzi tərəfindən Peşəkar Mühasib Sertifikatı (PMS) ilə bağlı Açıq qapı tədbiri təşkil edilib.

Bakı. “Barattson” tədris mərkəzi tərəfindən Peşəkar Mühasib Sertifikatı (PMS) ilə bağlı Açıq qapı tədbiri təşkil edilib. Tədris Mərkəzindən Trend-ə verilən məlumata görə, mütəmadi olaraq tədbirlərin təşkilini həyata keçirən “Barattson” budəfəki tədbirdə Nazirlər Kabinetinin qərarı əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən verilməsi planlaşdırılan Peşəkar Mühasib Sertifikatı barədə olub. Tədbirin əsas məqsədi PMS-ının üstünlükləri, yeni qazandıracağı imkanlar, əldə edilmə üsulları və digər bu kimi zəruri məlumatların çatdırılması, eləcə də Barattson tərəfindən təşkil ediləcək PMS-in imtahanına hazırlıq ilə bağlı təlimlər haqqında ilkin məlumatların verilməsi olub. Tədbirdə spiker olaraq “Barattson” İdarə Heyətinin sədri Elşən Rəhimov, Müddətli İcraçı Direktor Zeynal Zeynalov və Maliyyə-Mühasibatlıq üzrə təlimçi, Phd. Elsevər İbadov çıxış edib. Tədbirin ilkin hissəsində Elşən Rəhimov qonaqları salamlayaraq “Barattson” dəyərləri, məqsədi və xidmətləri haqqında ümumi məlumat verib. Bu çıxışı vasitəsi ilə, yarandığı ilk gündən təhsilə, elmə öz töhfələrini verən “Barattson”un əsas məqsədinin gələcəyə savadlı, ixtisaslı kadrların yetişdirilməsi, eləcə də yeni gənc nəslin iş imkanlarının artırılması və beynəlxalq səviyədə inteqrasiyasına yol açmaq olduğunu çatdırıb. Daha sonra Zeynal Zeynal PMS haqqında ümumi məlumat verib, PMS-in qazandıraçağı yeni imkanları tədbir iştirakçılarının nəzərinə çatdırıb. Eləcə də, PMS-in növləri, əldə edilmə üsulları, imtahan prosedurları və digər bu kimi məlumatlar haqqında danışıb. Elsevər İbadov isə öz növbəsində PMS-in imtahan proqramı, texniki məlumatları verərək hazırlaşmaq istəyənlərə maarifləndirici məlumatlar çatdırıb. Bundan əlavə, “Barattson” tərəfindən təşkil ediləcək PMS-ın imtahanına hazırlıq proqramını açıqlayıb, bu proqramlar və hazırlaşmaq istəyənləri nələr gözlədiyi barəsində açıqlama verib.