Son 45 ildə ən uğursuz göstəricisi


İdman 17 Sen 2019 16:18:00 250 0

Son 45 ildə ən uğursuz göstəricisi

Monaco Fransa çempionatının 5-ci turunda Marseille-ə məğlub olub – 3:4.

Goal.az xəbər verir ki, Leonardo Jardimin yetirmələri yeni antirekorda imza atıb.

Monaco Liqa 1-in ilk 5 turunda qapısından 14 top buraxıb. Bu, “knyazlıq klubu”nun son 45 ildə ən uğursuz göstəricisidir. Komanda sonuncu dəfə 1974/75 mövsümündə ilk 5 turda qapısında 14 və daha çox top görmüşdü.

Monaco həm də, 2001/2002 mövsümündən sonra ilk dəfə 5 turdan sonra cəmi 2 xal toplayıb. Komanda hazırda 19-cu pillədə qərarlaşıb.