Qaxda qəzada 5 nəfər xəsarət alıb - Adlar


Digərləri 17 Sen 2019 16:10:00 222 0

Qaxda qəzada 5 nəfər xəsarət alıb - Adlar

Qaxda baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin kimliyi məlum olub.

Bakı. Ceyhun Ələkbərov - Qaxda baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin kimliyi məlum olub. Trend-in məlumatına görə, bu gün saat 14 radələrində Qaxın Qaratala kəndində yol qəzası baş verib. Kənddən mərkəzi yola çıxan Jiquli markalı avtomobil digər eyni markalı minik maşını ilə toqquşub. Hadisə nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralananlardan ikisi hadisə yerində tibbi yardım aldıqdan sonra evə buraxılıblar, digər 3 nəfər isə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Onlar Qax sakinləri 2002-ci il təvəllüdlü Süleymanlı Taleh Elman oğlu, 1987-ci il təvəllüdlü Nəzirova Səidə Kamal qızı və 2002-ci il təvəllüdlü İbrahimli Bəhlul Vahid oğludur.