Neymarın cəzası azaldıldı


İdman 17 Sen 2019 15:51:00 268 0

Neymarın cəzası azaldıldı

Beynəlxalq idman arbitraj məhkəməsi PSG-nin futbolçusu Neymarın cəzasını azaldıb.

Goal.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, braziliyalı hücumçuya verilən 3 oyunluq cəza 2-yə endirilib. Beləliklə o, Çempionlar Liqasının qrup mərhələsində RealGalatasaray-la görüşləri buraxacaq. Neymar ÇL-in 3-cü turunda Brugge ilə matçda isə oynaya biləcək.

Qeyd edək ki, 27 yaşlı futbolçu ötən mövsüm Çempionlar Liqasının 1/8 final mərhələsində Manchester United-lə cavab matçından sonra sosial şəbəkədə hakimləri təhqir etdiyi üçün 3 oyunluq cəzalandırılmışdı.