Azərbaycan gimnastları topla hərəkətlərdə çıxışlarından razı qalıblar (FOTO)


Digərləri 17 Sen 2019 15:57:00 226 0

Azərbaycan gimnastları topla hərəkətlərdə çıxışlarından razı qalıblar (FOTO)

Azərbaycan gimnastları dünya çempionatının təsnifat yarışlarında topla hərəkətlərdə çıxışlarından razı qalıblar

Bakı. Cani Babayeva - Azərbaycan gimnastları Zöhrə Ağamirova və Veronika Qudis bədii gimnastika üzrə 37-ci dünya çempionatının təsnifat yarışlarında topla hərəkətlərdə çıxışlarından razı qalıblar. V.Qudis Trend-ə bildirib ki, onlar proqramı yaxşı yerinə yetiriblər: “Daha yaxşı çıxış edə bilərdik, amma bir qədər elementlərdə inamsızlıq özünü göstərdi. Evdə çıxış etmək rahatdır, azarkeşlər kömək edir. Bu yarışlar lisenziya xarakteri daşıdığı üçün məsuliyyət hiss edirik”. Z.Ağamirova öz növbəsində qeyd edib ki, ötən gün halqa ilə çıxışında qüsurlar olmuşdu: “Bu gün daha yaxşı alındı. Topla proqramımda musiqi mənim xoşuma gəlir, bu proqramı yerinə yetirməyi sevirəm. Çıxış zamanı bir qədər həyəcanlanırdım, amma azarkeşlərin dəstəyi bizə kömək etdi”.