Juventus-un futbolçusu bir neçə matçı buraxmalı olacaq


İdman 17 Sen 2019 15:35:00 271 0

Juventus-un futbolçusu bir neçə matçı buraxmalı olacaq

İtaliya A seriyasının III turunda Fiorentina səfərində büdrəyən (0:0) Juventus bir futbolçusunu da itirib.

Goal.az-ın məlumatına görə, yarımmüdafiəçi Duqlas Kosta sıradan çıxıb.

Florensiyadakı qarşılaşmanın 8-ci dəqiqəsində zədələnərək əvəzlənən 29 yaşlı futbolçu bir neçə matçı buraxmalı olacaq. O, Çempionlar Liqasının qrup mərhələsində sabah Atletico ilə keçiriləcək səfər görüşündə iştirak etməyəcək.

Ümumiyyətlə, iki həftə komandadan ayrı qalacaq Kosta oktyabrın əvvəlində yenidən tibbi müayinədən keçəcək. Yalnız ondan sonra onun nə zaman sıraya dönəcəyi müəyyənləşəcək.