Paşinyan ən reytinqli məmuru istefaya göndərdi


Dünya 17 Sen 2019 14:23:00 249 0

Paşinyan ən reytinqli məmuru istefaya göndərdi

Ötən gün Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın anidən istefa verməsi ölkədə yeni gərginliyin başlanğıcını qoyub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Vanetsyanın vəzifəsindən getməsi ölkədə ziddiyyətli fikir və ittihamlara səbəb olub. 

Bildirilir ki, son günlər KİV nümayəndələri istefa ehtimalı barədə yazsa da, Baş nazir Nikol Paşinyanın bir neçə gün öncə mətbuat konfransındakı onu istefaya göndərəcəyi yönündə səsləndirdiyi müvafiq açıqlaması olduqca gözlənilməz olub. Daha sonra isə Ermənistan prezidenti müvafiq istefa ilə bağlı fərman imzalayıb. 

Qeyd olunur ki, A. Vanetsyan Paşinyan komandasının ən reytinqli məmurlarından biri olub. Onun son bir ildə korrupsiya ilə bağlı açıqlamaları və bu istiqamətdə gördüyü işlər strukturun imicini ictimaiyyətin gözündə ciddi şəkildə artırıb. Ölkədə belə nüfuzu olan adamın istefaya göndərilməsi sual olaraq qalıb.

"Joqovurd" qəzeti yazır ki, Artur Vanetsyandan sonra müdafiə naziri David Tonoyan və ölkənin Baş Polis İdarəsinin rəisi Valeri Osipyan da öz postlarını tərk edəcək.