Avstraliya gimnastı: Ümid edirəm ki, bizdə də bu cür gözəl zallar olacaq


Digərləri 17 Sen 2019 14:17:03 225 0

Avstraliya gimnastı: Ümid edirəm ki, bizdə də bu cür gözəl zallar olacaq

Bakıya məmnuniyyətlə və üzümdə təbəssümlə gəlirəm

Bakı. Cani Babayeva - Bakıya məmnuniyyətlə və üzümdə təbəssümlə gəlirəm. Bunu Trend-ə Avstraliya gimnastı Aleksandra Kiroy-Boqatıryova dünya çempionatının təsnifat yarışlarında çıxışından sonra deyib. O, öz çıxışından razı qaldığını bildirib: “Dünya çempinatının təşkili möhtəşəmdir, zal gözəldir, tamaşaçıların dəstəyi əladır”. Gimnast əlavə edib ki, Avstraliyada gimnastika populyar deyil: “Ümid edirəm ki, Avstraliyada da nə vaxtsa bu cür gözəl zallar və və yüksək səviyyəli mütəxəssislər olacaq”.