İşsizlikdən sığorta haqları üzrə proqnozlar artıqlaması ilə icra edilib - Nazir müavini


Digərləri 17 Sen 2019 13:57:00 212 0

İşsizlikdən sığorta haqları üzrə proqnozlar artıqlaması ilə icra edilib - Nazir müavini

Məcburi dövlət sosial sığorta haqları üzrə nəzərdə tutulandan 7 faiz, işsizlikdən sığorta haqları üzrə 6,7 faiz artıq vəsait daxil olub.

Bakı. Məcburi dövlət sosial sığorta haqları üzrə nəzərdə tutulandan 7 faiz, işsizlikdən sığorta haqları üzrə 6,7 faiz artıq vəsait daxil olub. Trend-in məlumatına görə, bunu Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov “Sosial sığorta haqlarının yığımı üzrə görülmüş işlər və mövcud vəziyyət, problemlər” mövzusunda keçirilən konfransda deyib. Nazir müavininin sözlərinə görə, aparılmış işlərin nəticəsi olaraq 2019-cu ilin yanvar-avqust aylarında məcburi dövlət sosial sığorta (MDSS) və işsizlikdən sığorta haqları üzrə proqnozlar artıqlaması ilə icra edilib: