Əfqanıstan prezidentinin çıxışı zamanı PARTLAYIŞ:


Dünya 17 Sen 2019 13:13:54 242 0

Əfqanıstan prezidentinin çıxışı zamanı PARTLAYIŞ:

Əfqanıstanın Pərvan əyalətində Prezident Əşrəf Qəninin seçki kampaniyası çərçivəsində çıxışı zamanı partlayış törədilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 24 nəfər həlak olub, 30-dan çox yaralı var.

Hadisənin prezidentin tərəfdarlarının olduğu yerdən hansı məsafədə baş verdiyi bildirilmir.

Partlayışla bağlı hələlik məsuliyyəti üzərinə götürən olmayıb.