Qubada əmisi oğlunun arvadını qaçıranı döyüb öldürənlər məhkəməyə çıxarılırlar VİDEO


Kriminal 17 Sen 2019 13:37:00 253 0

Qubada əmisi oğlunun arvadını qaçıranı döyüb öldürənlər məhkəməyə çıxarılırlar  VİDEO

Qubada qohumunu döyərək qətlə yetirməkdə təqsirli bilinən Şahmar Əsədov, Sadiq Dadaşov, Pərviz Əsədov, Mətləb Muradov, Zabit Yolçiyev və Nazim Mikayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mahmud Ağalarovun icraatına verilib.

Məhkəmə hazırlıq iclasını sentyabr ayının 24-nə təyin olunub. 

Qeyd edə ki, hadisə Quba raynunda baş verib. 25 yaşlı Aynur Əsədova həyat yoldaşının əmisi oğlu 26 yaşlı Elşad Əsədov tərəfindən qaçırılıb. Məlumata görə, qadın öz razılığı ilə E.Əsədovla birgə gedib.

(adsgarden = window.adsgarden || []).push({});