Lənkəranda 38 yaşlı kişi yoxa çıxdı


Digərləri 17 Sen 2019 13:01:00 244 0

Lənkəranda 38 yaşlı kişi yoxa çıxdı

Lənkəranda 38 yaşlı kişi itkin düşüb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Məmmədov Raman Nadir oğlu Lənkəran bazarı yaxınlığında "VAZ 21014" markalı avtomobilə minərək evə gedəcəyini deyib.

Lakin günorta saat 12:00 radələrindən sonra ondan heç bir xəbər alınmayıb.

Bu barədə hüquq-mühafizə orqanlarına onun həyat yoldaşı Məmmədova Günay Nəhmətulla qızı məlumat verib. 

Faktla bağlı araşdırma aparılır.