Dövlət qulluğunda 578 vakant vəzifə var! Tələsin!


Digərləri 17 Sen 2019 12:44:00 56 0

Dövlət qulluğunda 578 vakant vəzifə var! Tələsin!

Dövlət qulluğunun A (inzibati rəhbər) və B növünə (inzibati icraçı) aid vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu il 17 sentyabr tarixində mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 3-7-ci təsnifatı üzrə A və B növünə aid olan ümumilikdə 19 dövlət orqanında 578 vakant vəzifənin tutlması üçün müsabiqənin müsahibə mərhələsini elan edir. DİM-dən Trend-ə verilən məlumata görə, müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib. Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün namizədlər 17 oktyabr 2019-cu il saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır. Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir. Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar. Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatı qeydiyyat başa çatdıqdan sonra Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından əldə edə bilər. Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir: struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə; vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə. Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Qida Təhlükəsizliyi Agentliyi (452 vəzifə) və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (37 vəzifə) tərəfindən təqdim olunmuşdur. Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunmuş vakant vəzifələr haqqında məlumat aşağıda qeyd edilmişdir: 1.Qida Təhlükəsizliyi Agentliyi (452 vəzifə) – AA4 altqrupu üzrə 1, AB1 altqrupu üzrə 1, AB2 altqrupu üzrə 6, AB3 altqrupu üzrə 9, AC1 altqrupu üzrə 5, AC3 altqrupu üzrə 1, AC4 altqrupu üzrə 57, BA3 altqrupu üzrə 21, BA4 altqrupu üzrə 21, BB3 altqrupu üzrə 136, BB4 altqrupu üzrə 194 vəzifə 2.Ekologiya və Təbii Sərvətlər Nazirliyi (37 vəzifə) – AC4 altqrupu üzrə 2, BB3 altqrupu üzrə 2, BB4 altqrupu üzrə 33 vəzifə 3.Maliyyə Nazirliyi (9 vəzifə) – BA4 altqrupu üzrə 1, BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 7 vəzifə 4.Təhsil Nazirliyi (11 vəzifə) –BA4 altqrupu üzrə 8, BB1 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 2
“Molla dua oxuyanda anam qəbirə pıçıldadı” like
  • 17 Sen 12:43  
Şou-biznes “Molla dua oxuyanda anam qəbirə pıçıldadı”

Bir gün anam mənə dedi ki, ay oğul, məni oğlumun qəbri üstünə apar. Ca

arrow Ətraflı
TAP layihəsinin 89,3 faizi reallaşdırılıb like
  • 17 Sen 12:39  
Digərləri TAP layihəsinin 89,3 faizi reallaşdırılıb

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kə

arrow Ətraflı
Qida məhsullarını seçərkən nələrə diqqət etməliyik? like
  • 17 Sen 12:38  
Digərləri Qida məhsullarını seçərkən nələrə diqqət etməliyik?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndiri

arrow Ətraflı
Avstraliya gimnastı: Bakıda biz nağıllar aləminə düşürük like
  • 17 Sen 12:34  
Digərləri Avstraliya gimnastı: Bakıda biz nağıllar aləminə düşürük

Bakıda gimnastlar üçün gözəl şərait yaradılıb

arrow Ətraflı
Brilliant Dadaşova: "Madonnanı müğənni hesab etmirəm, sıfırdır" like
  • 17 Sen 12:34  
Şou-biznes Brilliant Dadaşova: "Madonnanı müğənni hesab etmirəm, sıfırdır"

Xalq artisti Brilliant Dadaşova "Hər şey daxil" verilişinin qonağ

arrow Ətraflı
Soyunmağı sevən "Azərbaycan gözəli" like
  • 17 Sen 12:29  
Şou-biznes Soyunmağı sevən "Azərbaycan gözəli"

Bu il Azərbaycanın ən gözəl modeli seçilən Səmra Hüseynova podiumda old

arrow Ətraflı
Komitə sədri: Kinematoqrafiya sahəsinə də imtiyazların aid edilməsini arzu edirik like
  • 17 Sen 12:26  
Digərləri Komitə sədri: Kinematoqrafiya sahəsinə də imtiyazların aid edilməsini arzu edirik

Başqa sahələrdə nəzərdə tutulan imtiyazların kinematoqrafiya sahəsinə

arrow Ətraflı
Azərbaycan Ordusunun keçirdiyi təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur like
  • 17 Sen 12:25  
Digərləri Azərbaycan Ordusunun keçirdiyi təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur

Genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin növbəti mərhələsində pl

arrow Ətraflı
AMEA-nın daha iki institut və muzeyinə direktor seçilib (FOTO) like
  • 17 Sen 12:24  
Digərləri AMEA-nın daha iki institut və muzeyinə direktor seçilib (FOTO)

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində İctimai Elmlə

arrow Ətraflı
Keçmiş həyat yoldaşını öldürməyə cəhd edən şəxs tutuldu like
  • 17 Sen 12:20  
Kriminal Keçmiş həyat yoldaşını öldürməyə cəhd edən şəxs tutuldu

Sabunçu rayonunun polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla hə

arrow Ətraflı
Azərbaycanda yerin təkindən istifadə ilə bağlı məhdudiyyət müəyyənləşib like
  • 17 Sen 12:17  
Digərləri Azərbaycanda yerin təkindən istifadə ilə bağlı məhdudiyyət müəyyənləşib

Azərbaycanda yerin təkindən istifadə ilə bağlı məhdudiyyət müəyyənl

arrow Ətraflı
Ötən gün qəzalarda 3 nəfər ölüb like
  • 17 Sen 12:14  
Digərləri Ötən gün qəzalarda 3 nəfər ölüb

Sentyabrın 16-dan 17-dək daxili işlər orqanlarında qeydə alınmış cinay

arrow Ətraflı
Şəkidə 16 yaşlı qızın attraksiondan yıxılması ilə bağlı cinayət işi başlandı like
  • 17 Sen 12:12  
Digərləri Şəkidə 16 yaşlı qızın attraksiondan yıxılması ilə bağlı cinayət işi başlandı

Şəkidə yeniyetmə qızın atraksiondan yıxılması faktı ilə bağlı cinay

arrow Ətraflı
Zöhrə Abdullayevaya bədbəxtlik gətirən BU SÖZ OLDU? like
  • 17 Sen 12:11  
Şou-biznes Zöhrə Abdullayevaya bədbəxtlik gətirən BU SÖZ OLDU?

Keçən il beyin xərçəngindən övladını itirən əməkdar artist Zöhrə A

arrow Ətraflı