TAP layihəsinin 89,3 faizi reallaşdırılıb


Digərləri 17 Sen 2019 12:39:00 253 0

TAP layihəsinin 89,3 faizi reallaşdırılıb

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) layihəsinin reallaşdırılmasının 89,3 faizi başa çatıb

Bakı. Ləman Zeynalova - Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) layihəsinin reallaşdırılmasının 89,3 faizi başa çatıb. Trend bu barədə TAP AG konsorsiumuna istinadən məlumat verir. Məlumatda qeyd olunur ki, hazırda layihənin reallaşdırılması boru kəmərinin tikintisi mərhələsi ilə davam etdirilir: “Hər gün TAP marşrutu boyunca yüzlərlə metr ərazi təmizlənir, borular qaynaq olunaraq yerləşdirilir. İşlər qrafikə uyğun davam etdirilir. Avqustun sonuna olan vəziyyətə görə, layihənin 89,3 faizi başa çatıb”.