Hikmət Hacıyev: "Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hər hansı bir status üçün müraciət etməyib"


Siyasət 17 Sen 2019 12:01:16 275 0

Hikmət Hacıyev: "Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hər hansı bir status üçün müraciət etməyib"

Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hər hansı bir status üçün müraciət etməyib və gündəliyimizdə bu əsnada hər hansı müzakirə aparılmır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev vurğuluyıb: "Azərbaycan müraciət etməsə də, Ermənistan tərəfi özünün fobiyalarından və komplekslərindən çıxış edərək hər bir məsələni diplomatik çərçivədən də kənar bir şəkildə müzakirə etməyə cəhd göstərir".