Hikmət Hacıyev: Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hər hansı bir status üçün müraciət etməyib


Digərləri 17 Sen 2019 11:42:00 238 0

Hikmət Hacıyev: Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hər hansı bir status üçün müraciət etməyib

Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hər hansı bir status üçün müraciət etməyib

Bakı. Elçin Mehdiyev – Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hər hansı bir status üçün müraciət etməyib və gündəliyimizdə bu əsnada hər hansı müzakirə aparılmır. Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev deyib. H.Hacıyev vurğuluyıb: “Azərbaycan müraciət etməsə də, Ermənistan tərəfi özünün fobiyalarından və komplekslərindən çıxış edərək hər bir məsələni diplomatik çərçivədən də kənar bir şəkildə müzakirə etməyə cəhd göstərir”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin