"Yemin"də çəkilən azərbaycanlı aktrisa kimin qızıdır?


Şou-biznes 17 Sen 2019 11:30:00 388 0

"Yemin"də çəkilən azərbaycanlı aktrisa kimin qızıdır?

Türkiyənin "Kanal 7" ekranlarında yayımlananan "Yemin" serialında azərbaycanlı model-aktrisa Yağmur Şahbazovanın da yer alması Türkiyə mediasında ciddi əks-sədaya səbəb olub. Yağmurun kim olması hamının marağına səbəb olub.

Son.az ölkə.az-a istinadən bildirir ki, 1987-ci ildə Bakıda anadan olan Yağmur teatr aktrisası Esmiralda Şahbazovanın qızıdır. Anası Esmiralda qızı Yağmuru da özü kimi  aktrisa olaraq yetişdirib. Yağmur bir zamanlar Azərbaycanda reklamlarda çəkilib və ATV-də 3 il davam edən  "Vicdan haqqı" serialında əsas rollardan birinin ifaçısı olub.

Türk filmində çəkiləcəyində hər hansı çətinliklərlə üzləşmədiyini qeyd edən Yağmur indiyədək İstanbula ancaq gəzməyə gəldiyini  bildirib:

"Hazırda çəkilişlərdən vaxt əldə edə bilmədiyindən şəhəri gəzmək imkanları məhduddur". İstanbulda özünü yad hiss etməyən Yağmur qeyd edib ki, filmə çəkilməyi gözlədiyindən də yaxşı oldu: