Şəkidə atraksiondan yıxılan tələbə qız üçün Bakıdan həkim çağırıldı


Digərləri 17 Sen 2019 11:20:00 224 0

Şəkidə atraksiondan yıxılan tələbə qız üçün Bakıdan həkim çağırıldı

Ötən gün Şəkidə əyləncə mərkəzində atraksiondan yıxılan qız əməliyyat olunub.

Bakı. Ceyhun Ələkbərov - Ötən gün Şəkidə əyləncə mərkəzində atraksiondan yıxılan qız əməliyyat olunub. Trend-in məlumatına görə, 2003-cü il təvəllüdlü X.Durmuşova Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ağır xəsarətlər alan qız dərhal əməliyyata alınıb. Sidik kisəsinin əməliyyatı üçün Şəkiyə Bakıdan həkimlər çağırılıb. Hazırda vəziyyəti ağır orta olan X.Durmuşova reanimasiya şöbəsində müalicə alır.