İsraildə parlament seçkiləri keçirilir


Dünya 17 Sen 2019 10:35:00 238 0

İsraildə parlament seçkiləri keçirilir

Bu gün İsraildə knessetə 22-ci çağırış növbədənkənar seçkilər keçirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, yerli vaxtla saat 7-də ölkədə seçki məntəqələri açılıb. Xəstəxana və istintaq təcridxanalarında yaradılan seçki məntəqələri saat 8-də açılıb.

Seçkilərə ilk 30 partiya qatılsa da, səsvermə başlamağa bir neçə saat qalmış bir partiya prosesdə iştirakdan imtina edib.

Qeyd edək ki, seçkiyə qatılanlar knessetdə 120 yer uğrunda mübarizə aparacaqlar.