Azərbaycan Ordusunun keçirdiyi təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur
Digərləri 17 Sen 2019 10:36:00 192 0
Genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin növbəti mərhələsində plana uyğun olaraq qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar xəritələr üzərinə işlənilir.
Bakı.
Genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin növbəti mərhələsində plana uyğun olaraq qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar xəritələr üzərinə işlənilir.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, mürəkkəb radioelektron şəraitdə kəşfiyyat və digər orqanlardan əldə olunan məlumatlar xəritələrdə əks olunur.
Mövcud vəziyyətə uyğun hazırlanan məruzələr sərəncam şəklində icra edilməsi məqsədilə müasir rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə komandir-rəis heyətinə çatdırılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Mənbə: az.trend.az