Mariya Stadnik dünya çempionatına qələbə ilə başladı - 10:0


Digərləri 17 Sen 2019 10:23:00 249 0

Mariya Stadnik dünya çempionatına qələbə ilə başladı - 10:0

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Bakı. Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir. Trend-in məlumatına görə, dördüncü yarış günündə qadın güləşi üzrə 50, 53, 55 və 72 kq-da mübarizəyə start verilib. Azərbaycan güləşçisi Mariya Stadnik təsnifat mərhələsində ilk hissədə Nigeriya güləşçisinə vaxtından əvvəl təmiz qələbə ilə (10:0) qalib gəlib.