195 kq arıqlayıb,


Digərləri 17 Sen 2019 09:50:00 216 0

195 kq arıqlayıb,

Vaşinqtonda yaşayan 55 yaşlı Janin Muller körpəlikdən bəri köklükdən əziyyət çəkib.

Son.az axşam.az-a istinadən bildirir ki, uşaqlar evində böyüyən qadın onu himayəyə götürən ailəyə veriləndə müəllimlər onun pəhrizdə olduğunu söyləmişdilər. Yeni valideynləri qızı dietoloqa aparsalar da, onun qəbul etdiyi dərmanlar və iştahı çəkisinin gün-gündən artmasına səbəb olmuşdu.

Bir neçə ildən sonra valideynlərini itirən qadın stres və depresiya səbəbilə bir az daha çəki alaraq 300 kq-ı keçmişdi. Adi ehtiyaclarını ödəyə bilməkdə əziyyət çəkən Müller cərraha üz tutur. Mədə kiçiltmə əməliyatı olan Janinin həyatı dəyişir.

195 kiloqram arıqlayan qadın tənhalar klubuna üzv olaraq orada özünə sevgili tapır. Daqo adlı kişi ilə xoşbəxt olduğunu deyən Müller daha bir neçə kiloqram arıqlamaq niyyətindədir.

(adsgarden = window.adsgarden || []).push({});