Dünya çempionatı: Qadın güləşçimiz ilk görüşündə uduzdu


İdman 17 Sen 2019 09:36:00 226 0

Dünya çempionatı: Qadın güləşçimiz ilk görüşündə uduzdu

Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında bu gün qadın güləşçilər mübarizəyə başlayıblar.

Goal.az xəbər verir ki, Azərbaycan 50 kq və 53 kq çəki dərəcələrində təmsil olunacaq. Ən aşağı çəkidə dünya və 7 qat Avropa çempionu, Avropa Oyunlarının 2 qat qalibi Mariya Stadnik çıxış edəcək. Onun ilk rəqibi 2015-ci il Afrika Oyunlarının qalibi Mersi Cenezis olacaq. Təsnifat mərhələsinə təsadüf edən görüşün qalibi 1/8 finala yüksələcək.

Gənclər arasında dünya çempionu Türkan Nəsirova da mübarizəyə təsnifat mərhələsindən başlayacaq. O, 1/8 finala vəsiqə uğrunda görüşdə Avropa çempionatlarının mükafatçısı Nina Hemmerlə üz-üzə gəlib.  53 kq çəki dərəcəsindəki 27 yaşlı idmançı ilk görüşdəcə almaniyalı Nina Hemmerə vaxtından əvvəl uduzub - 11:0.

2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün yarımfinaladək və ya bürünc medal görüşünədək irəliləmək lazımdır.

Qeyd edək ki, daha əvvəl Azərbaycan yunan-Roma güləşçiləri çıxışlarını başa vurublar. Olimpiya çəkilərində "Tokio 2020"yə lisenziya qazana bilməyən Şaban Donatın baş məşqçi olduğu komandadan Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medalla kifayətlənib.