Bakı metrosunda yeni qatarda problem - Stansiyaya təcili yardım çağırıldı


Digərləri 17 Sen 2019 09:58:13 191 0

Bakı metrosunda yeni qatarda problem - Stansiyaya təcili yardım çağırıldı

Bakı metrosunda qatarda problem yaranıb.

Bakı. Samir Əli - Bakı metrosunda qatarda problem yaranıb. Trend-in məlumatına görə, hadisə səhər saatlarında metronun "Koroğlu" stansiyasından "Ulduz" stansiyası istiqamətində hərəkət edən yeni qatarda baş verib. Qatar "Koroğlu" stansiyasından "Ulduz" stansiyasına hərəkət edərkən tuneldə dayanıb. Bir neçə dəqiqədən sonra hərəkət edən qatar "Nərimanov" stansiyasında yenidən dayanıb. Nəticədə vaqonların birində olan sərnişin qadın özünü pis hiss edib. Stansiyaya təcili tibbi yardım briqadası çağırılaraq qadına yardım göstərilib. Faktı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiqləyib.