Aİ Gürcüstanda Avropa Məktəbi açdı PULSUZ TƏHSİL REPORTAJ FOTO


Digərləri 17 Sen 2019 09:23:00 274 0

Aİ Gürcüstanda Avropa Məktəbi açdı  PULSUZ TƏHSİL  REPORTAJ  FOTO

Dünən Avropa İttifaqı Gürcüstan hökuməti ilə birlikdə Gürcüstanda Avropa Məktəbinin tikintisinə start verdi. Bu məktəb Aİ-nin sərhədlərindən kənarda fəaliyyət göstərəcək ilk belə məktəbdir. Bu birgə təşəbbüs həm gürcü tələbələri, həmçinin bölgənin digər ölkələrindən olan tələbələr üçün Avropa və beynəlxalq multikulturalizm, sülh və tolerantlıq dəyərlərinə əsaslanan təkrarolunmaz bir təhsil modeli üzərində qurulan məktəbin yaranması ilə nəticələnib.

Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı Yohannes Han və Gürcüstanın baş naziri Giorgi Qaxariya məktəbin rəsmi açılışında iştirak ediblər.

Komissar Yohannes Han bildirib: "Avropa Komissarı olaraq Avropa İttifaqına qonşu ölkələrdə olan gənclərə daha çox imkanlar vermək, bacarıqlarını inkişaf etdirmək və iş qabiliyyətlərini artırmaqda kömək etmək mənim üçün prioritet olub. Bu çərçivədə, Şərq Tərəfdaşlığı ölkələrində gənclər və təhsil sahələri üzrə maliyyə dəstəyimizi ikiqat artırdıq və əhəmiyyətli nəticələr əldə etdik. Gürcüstanda Avropa Məktəbinin açılması vətəndaşların həyatına fayda gətirmək öhdəliyimizin ən bariz nümunəsidir".

Tbilisinin Lisi gölünün yaxınlığında tikiləcək məktəbin qapılarının 2023-cü ildə ilk şagird qrupunun üzünə açılacağı gözlənilir. Gürcüstan, eləcə də Ermənistan, Azərbaycan, Belarus, Moldova və Ukraynadan olan tələbələr bu məktəbdə Gürcüstan, Avropa və beynəlxalq təhsil sistemlərinin yüksək tələblərinə cavab verən təkrarolunmaz tədris planı üzrə təhsil ala biləcəklər.

Bu yenilikçi təşəbbüs, Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynadan olan 16 və 17 yaşlı tələbələrə Avropanın məktəb sistemindən ilhamlanan xüsusi tədris proqramı üzrə təhsil təklif edən və 2018-ci ilin sentyabr ayında həyata keçirilməyə başlanan pilot təqaüd proqramına əsaslanır.

Tbilisidə Avropa Məktəbi iki ildir fəaliyyət göstərir. Dünən isə qeyd olunduğu kimi, məktəbin tədris binasının tikinti prosesi başladı. Şagirdlər isə hələlik müvəqqəti olaraq başqa yerdə oxuyurlar. Bu il Azərbaycanı sözügüdən məktəbdə 16 yaşlı Ayla və Alina təmsil edirlər.

Qızlar tədris sistemindən çox razıdırlar.

Ayla:

"Yeni məktəb haqda internetdən öyrəndim. Facebook-da Eastern partnership səhifəsində elan gördüm, şagirdlər üçün təqaüdlü proqram haqda. Əvvəl fikirləşdim ki, mümkün deyil bu qədər təklif olunan imkan. Amma yenə də sınadım, müraciət etdim. Bu günlərdə isə burada təhsil almağa başladım. İlk ilimdir. İki illik proqramdır. Bakıda liseydə oxuyurdum. İngilis dilimi təkmilləşdirmək üçün müəllim yanına gedirdim. "Bir dil bir insandır" deyiblər. Məqsədim bu dili mükəmməl öyrənib xaricdə psixologiya elmini öyrənməkdir. Bunun üçün ingilis dilində çox sayda kitab var. Ailədə tək uşağam və bütün uğurlarım anam ilə bağlıdır. O, məni yönləndirdi. Bilir ki, oxumalıyam. Burada təhsil pulsuzdur. İstəyirəm, Azərbaycandan buraya daha çox insan gəlsin. İki il oxuduqdan sonra bakalavriat diplomu verilir".

Alina: