Putin suala "Quran"dan sitat gətirərək cavab verdi


Dünya 17 Sen 2019 09:45:00 219 0

Putin suala "Quran"dan sitat gətirərək cavab verdi

Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının neft obyektlərinə dronlarla hücumdan danışıb.

Son.az qafqazinfo-ya isitnadən xəbər verir ki, Ankarada səfərdə olan Kreml rəhbəri suala "Quran"dan sitat gətirməklə cavab verib:

"Türkiyədə olduğum üçün müqəddəs "Quran"dan bu sətirləri xatırlamaya bilmərəm: "Allahın mərhəmətini xatırlayın. Siz düşmən olanda Allah sizin qəlblərinizi barışdırdı və sizi qardaş etdi". Mən də düşünürəm ki, məsələyə bu nöqteyi-nəzərdən yanaşmaq lazımdır".

Putin əlavə edib ki, bu məsələdə Rusiyanın mövqeyi də artıq bəllidir. O, hadisə ilə bağlı münaqişə tərəflərinin danışıqlar aparmalı olduğunu bildirib.