Əvvəl yaddaş problemi,


Digərləri 17 Sen 2019 09:32:00 195 0

Əvvəl yaddaş problemi,

Rusiyanın məşhur müğənnisi Anna Sedokova xəstələnib. Artistdə örə xəstəliyi aşkarlanıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, İnstaqram hesabında məlumat verib.

"Demək istəmirdim, amma başa düşdüm ki, bu, həmin xəstəlikdən əziyyət çəkənlərə dəstək ola bilər. Son üç həftə mən hər səhər dəhşətli qaşıntıdan oyanırdım. Gözlərimi açırdım və üzümdə şişkinlik hiss edirdim. Ləkələr gah fərqli-fərqli yerlərdə yaranırdı, gah da itirdi", - Sedokova yazıb.

Digər artistlər kimi, o da buna fikir verməyib və çıxış etməyə davam edib. O, problemi makiyaj, papaq və eynləklə gizlətməyə çalışıb.

Sedokova hesab edir ki, bütün bunların başlıca səbəbi teatrda keçirdiyi əsəbdir. Hazırda o, müalicə olunur.

"Məni bu dəhşətdən çıxaran dostlarıma, yaxınlarıma dərin təşəkkürümü bildirmək istəyirəm. Tamaşa zamanı əlində iynə yüyürüb gələn və qrim otağında mənə iynə vuran Natalya Rudovanı heç vaxt unutmayacağam", - Sedokova yazıb.

(adsgarden = window.adsgarden || []).push({});