Masallıda “VAZ” yük avtomobili ilə toqquşub


Digərləri 17 Sen 2019 09:36:00 203 0

Masallıda “VAZ” yük avtomobili ilə toqquşub

Masallı rayonunda “VAZ” markalı minik avtomobili və "KamAZ" markalı yük avtomobili toqquşub.

Bakı. Masallı rayonunda “VAZ” markalı minik avtomobili və "KamAZ" markalı yük avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.