Qəbələdə 37 km uzunluğa malik 2 avtomobil yolu yenidən qurulub


Digərləri 17 Sen 2019 09:10:00 228 0

Qəbələdə 37 km uzunluğa malik 2 avtomobil yolu yenidən qurulub

Qəbələdə 37 km uzunluğa malik 2 avtomobil yolu yenidən qurulub

Bakı. Qəbələ rayonunun Nic-Mıxlıqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx, həmçinin Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən sözügedən yolların yenidən qurulması işləri yekunlaşdırılıb. AAYDA-dan verilən məlumata görə, avtomobil yollarının ümumi uzunluğu 37 km təşkil edir. Qəbələ rayonunun Nic-Mıxılqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx, həmçinin Böyük Əmilli-Bılıx-Əmirvan avtomobil yolları IV texniki dərəcəlidir. Yollar uzun illər istismar olunduğundan təmirlərarası istismar müddətini keçmiş, yolda çoxlu sayda çalalar, çökmələr və qabarmalar əmələ gəlmişdir. Bu isə nəqliyyatın hərəkətində çətinliklərin yaranmasına səbəb olmuşdur. Yolların səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə olduğundan, torpaq yataqları atmosfer və qrunt sularının təsiri altında qalırdı, çiyinlərin eni yolun texniki dərəcəsinə uyğun gəlmirdi. Sadalanan qüsurların aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq addımlar atılıb. IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolların hazırda hərəkət hissələrinin eni genişləndirildikdən sonra 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir. Layihəyə uyğun olaraq, yolların mövcud örtüyü sökülərək kənara daşınıb, deformasiyaya uğramış hisələr qazılaraq çıxarılıb, karxana qruntu ilə əks-dolğu işləri görülüb və kipləşdirilib, torpaq yataqları avtoqreyderlə profilə salınıb, lazımi hündürlükdə karxana çınqılı və optimal qum-qırmadaş qarışığından istifadə olunmaqla əsasların alt və üst layının tikintisi işləri görülüb. Bu işlər 200 min kv.m-dən çox sahəni əhatə edib. Yenidənqurma işləri çərçivəsində yollarda süni qurğuların inşası və əsaslı şəkildə bərpası da aparılıb. Belə ki, yollar boyu mövcud avtomobil körpüləri və körpü məhəccərləri təmir edilib, mövcud suötürücü borular istismar üçün yararsız vəziyyətə düşdüyündən yolun altından suların ötürülməsi üçün mövcud olan suötürücü borular bərpa olunub və müxtəlif diametrli 1,9 km uzunluğunda metal və dəmir-beton suötürücü boruların, həmçinin 42 metr uzunluğunda su keçidlərinin inşası işləri görülüb.