Yevlaxda kafe yanıb
Digərləri 17 Sen 2019 09:05:00 240 0
Yevlaxda kafedə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Yevlax şəhərinin Varvara kəndində ümumi sahəsi 152 m² olan birmərtəbəli kafenin dam örtüyünün yanar konstruksiyaları 56 m² sahədə və içərisində 3 ədəd soyuducu, 2 dəst stol-stul yanıb.
Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mənbə: milli.az