Karbondioksiddən maye yanacaq əldə edildi


Digərləri 17 Sen 2019 08:05:00 215 0

Karbondioksiddən maye yanacaq əldə edildi

Rays Universitetinin araşdırmaçıları karbondioksidi maye hala gətirib yanacaq olaraq istifadə edilməsinin bir yolunu tapdı. Beləcə atmosferdəki karbondioksid axınını heç olmasa dayandırmaq mümkün ola biləcək.

İqlim böhranında ən əhəmiyyətli faktorlardan biri karbondioksid axınıdır. Təməl olaraq atmosferə nə qədər çox karbon atsaq, o qədər çox karbondioksid meydana gəlir. Nə qədər karbondioksid olarsa, o qədər istiləşmə deməkdir. Nə qədər istiləşmə o qədər buzlaqların əriməsi və dəniz səviyyəsinin yüksəlməsi, həmçinin tənəffüs edilə biləcək havanın azalmasıdır.

Rays Universitetinin araşdırmaçıları karbondioksidi elektrokatalist köməyiylə maye hala gətirərək uyğun qiymətli və məhsuldar bir yanacaq halına saldı. Alimlərin apardıqları araşdırma ilə karbondioksidi formik turşuya çevirdilər.

Araşdırmaçılardan Haotian Vanq bu barədə belə dedi: "Formik turşu bir enerji daşıyıcıdır, elektrik çıxara bilən və karbondioksid çıxaran yanacaq hüceyrəsidir".

(adsgarden = window.adsgarden || []).push({});