Kərbəla vaqiəsində yer alan 3 dəstə insan


Digərləri 17 Sen 2019 08:11:00 215 0

Kərbəla vaqiəsində yer alan 3 dəstə insan

İmam Hüseyn (ə) müsibəti ilə bağlı insanları 3 dəstəyə bölmək olar.

Birinci dəstə o insanlardır ki, İmamın (ə) şəhadətinə sevinirlər (nəuzubillah!). Bunlar o kəslər idi ki, İmamı (ə) qətl etmək üçün Yezidin (lən) ordusuna qoşulmuşdular.

Onların əksər hissəsi Şam əhlindən idi. Şam əhli adətən o insanlar idilər ki, nə İmamı (ə) tanıyırdılar, nə də etiqadları əsil İslam idi. Şam əhli zahirən müsəlman idi, ancaq vəhyin söylədiyi müsəlman deyildilər. Müaviyyə (lən) ağlına gələn-gəlməyən nə deyirdisə, onlar qəbul edirdilər. Müaviyyənin sözlərinə qarşı heç bir şəkkə malik deyildilər. O zaman ki, İmam Əlini (ə) məsciddə şəhid edirlər, Şam əhli deyir ki, məgər İmam (ə) namaz qılırdımı ki?!

Son.az deyerler.org-a istinadən bildirir ki,  bu gün də eyni təfəkkürdə olan insanlara rast gəlmək olur.

İkinci dəstə o insanlardır ki, İmamı (ə) tanıyırdılar və bilirdilər ki, Həzrət Hüseyn (ə) - İmam Əli (ə) ilə Həzrət Fatimənin (s.ə) övladıdır, Peyğəmbərin (s) haqq canişinidir, həqiqi xəlifəsidir. Bu insanlar İmamın (ə) hədəfini birmənalı qəbul edirdilər. İmamla (ə) çiyin-çiyinə vuruşur və ona hər zaman dəstək olurdular. Onlar İmamı (ə) İlahi hüccət olaraq qəbul edir və vilayət əhli olduqları üçün, şəkk-şübhəsiz İmamın (ə) ardınca hər yerə, o cümlədən, şəhadətə də gedirdilər.

Ancaq çox təəssüf ki, bu insanların sayı az idi.

Üçüncü dəstə o insanlardır ki, İmamı (ə) tanıyır, hədəfini qəbul edirdilər, ancaq lazım olan anda İmama (ə) yardım etməkdən çəkinmişdilər. Bu kəslərin çoxu - İmama (ə) minlərlə məktub yazan Kufə əhli idi. İmamı (ə) dəvət etsələr də, onun arxasında dayanmadılar və zülmün qorxusundan geri çəkildilər.

(adsgarden = window.adsgarden || []).push({});