“Dəli Domrul” tamaşasının premyerası olacaq


Digərləri 17 Sen 2019 08:23:00 204 0

“Dəli Domrul” tamaşasının premyerası olacaq

Azərbaycan peşəkar milli teatrı bu il 147-ci mövsümünə qədəm qoyur. Mövsümün açılış mərasimi sentyabrın 17-də saat 17:00-da Şuşa Dövlət Musiqili Dram Teatrında keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəhbərliyi və teatr ictimaiyyətinin nümayəndələri iştirak edəcək. Tədbirdə Altay Məmmədovun "Kitabi-Dədə Qorqud" dastanı əsasında yazdığı "Dəli Domrul" pyesi üzrə tamaşanın premyerası olacaq.

Tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru Əməkdar artist Loğman Kərimov, rəssamı Valeh Məmmədov, rejissor assistenti Zəhra Salayeva, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

Rolları Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Zəhra Salayeva, Mobil Qurbanov, Hamlet Qənbərov, Emin Sevdiməliyev və Əməkdar artist Azad Məmmədov ifa edirlər.