Robotlara ağrını hiss etmə qabiliyyəti verən elektron dəri hazırlandı


Digərləri 17 Sen 2019 08:25:00 241 0

Robotlara ağrını hiss etmə qabiliyyəti verən elektron dəri hazırlandı

Cənubi Koreyalı elm insanları xüsusi sensorlar və nano simlər istifadə edərək ağrını hiss edə bilən elektron dəri yaratmağı bacardılar. Bu dəri həm insansı robotlarda, həm də protez orqanlarda istifadə edilə bilər.

Kompyuter, proqram və elektron texnologiyalarının inkişafıyla birlikdə robot texnologiyaları da inkişaf edir. Artıq robotlar bir çox nöqtədə insanlara köməkçi olur, hətta bəzən insanların etməsi lazım olan işləri birbaşa olaraq robotlar edir.

Süni intellekt dəstəyinin də əlavə olunmasıyla birlikdə bir az daha inkişaf edən robotlar, artıq ağrını hiss edə biləcək hala gəldilər. Cənubi Koreyalı elm insanları, robotların ağrını hiss edə bildikləri elektron dəri yaratmağı bacardılar.

Bu günə qədər yaradılan elektron dərilər, robotlara daha çox obyektləri həssas bir formada almalarına və daşımalarına köməkçi olurdu. Aparılan son araşdırmalarda robotların istilik, soyuqluq və ağrı kimi halları da hiss etməsini təmin edir.

(adsgarden = window.adsgarden || []).push({});