Yeniyetmə və gənc karateçilərimiz Macarıstanda 3 qızıl və 5 bürünc medal qazandılar


Digərləri 17 Sen 2019 03:01:00 247 0

Yeniyetmə və gənc karateçilərimiz Macarıstanda 3 qızıl və 5 bürünc medal qazandılar

Yeniyetmə və gənclərdən ibarət milli komandanın üzvləri Macarıstanda 22-ci “Budapeşt Open” beynəlxalq karate turnirini 8 medalla başa vurublar.

Bakı. Yeniyetmə və gənclərdən ibarət milli komandanın üzvləri Macarıstanda 22-ci “Budapeşt Open” beynəlxalq karate turnirini 8 medalla başa vurublar. Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, baş məşqçi Anar Allahverdiyevin rəhbərlik etdiyi komandanın üzvlərindən 16-17 yaşlı gənclərdə Hüseyn Məmmədli (61 kq), Ayla Rzazadə (-59 kq), həmçinin 21 yaşadək gənclər arasında Murad Hacızadə (+84 kq) qızıl medal qazanıblar. Böyüklər arasında da özünü sınayan M.Hacızadədən (+84 kq) başqa 16-18 yaşlı gənclərdən Sultan Hüseynov (-55 kq), Tale Yaqubov (-68 kq), 21 yaşadək gənclərdən isə Hümmət Baxşəliyev (-67 kq) və Fidan Teymurova (-50 kq) bürünc mükafata sahib olublar.