Qazaxda çox sayda müxtəlif çaplı patronlar aşkar olunub (FOTO)


Digərləri 17 Sen 2019 02:20:34 224 0

Qazaxda çox sayda müxtəlif çaplı patronlar aşkar olunub (FOTO)

2019-cu il 16 Sentyabr tarixində saat 15:02-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Qazax rayonu, Kəmərli kəndi ərazisində silah-sursatın tapılması barədə məlumat daxil olub

Bakı. 2019-cu il 16 Sentyabr tarixində saat 15:02-də Dövlət Sərhəd Xidmətindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonu, Kəmərli kəndi ərazisində silah-sursatın tapılması barədə məlumat daxil olub. ANAMA-dan Trend-ə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd piyada əleyhinə mina (OZM-72), 1 ədəd əl qumbarası (RQD-5), 2 ədəd silah qumbarası (OQ-7) və 413 ədəd müxtəlif çaplı patronlar aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.