İnsulin alan xəstələr ehtiyatlı olsun:


Digərləri 16 Sen 2019 23:05:00 218 0

İnsulin alan xəstələr ehtiyatlı olsun:

Şəkər xəstələri üçün təhlükə: şəkərsizlik

Hipoqlikemiya nədir?

Bu sindrom həm sağlam, həm şəkərli diabet xəstələrində qəfildən yarana bilər. Qanda şəkərin səviyyəsi minimuma, hətta 2 faizə enir.   Son.az medicina.az-a istinadən bunun əsas səbəblərindən bir neçəsini təqdim edir:

- Yemək arasında uzun fasilə, pəhriz, az yemək - Orqanizmin zülal ehtiyatının tükənməsi - Gərgin fiziki yük, fasiləsiz idman - Şirniyyat qəbulu - şirin ərzaqları yedikdən sonra qanda qlükozanın faizi artır. Amma bunun ardıyca sürətlə də enmə başlayır.   Bu vəziyyət orqanizm üçün şəkərin qalxmasından da təhlükəlidir.  Enerjisiz qalan orqanlar və baş beyin sıradan çıxır, beyin sönür və sonda insan komaya düşür.

Xüsusən şəkərli xəstələr şəkəri salan dərmanlar və insulin qəbuluna aludə olub, günlərin bir günü şəkər azlığından kəskin patologiyaya düşürlər. Ona görə şəkər xəstələrinin əli altında qlükometr aparatı olmalı və 2 gündən bir səhərlər qanda şəkər ölçülməlidir. Bu xəstələrin yanında qənd, şərbət, şirin konfetlər mütləq olmalıdır.  

Əlamətlər: -Qıcolma, titrəmə; -Epilepsiyaya bənzər tutmalar; -Sərxoş adamlar kimi rabitəsiz nitq; -Dağınıq fikir; -Əzələ ayaq əl tutulması, yeriyə bilməmək; -Huşun itməsi; -Kəskin tərləmə, su itirmə; -İnsult

(adsgarden = window.adsgarden || []).push({});