Niyə şiələr məğrib namazını sünnilərə nisbətən bir neçə dəqiqə gec qılırlar?


Digərləri 16 Sen 2019 22:50:00 221 0

Niyə şiələr məğrib namazını sünnilərə nisbətən bir neçə dəqiqə gec qılırlar?

Bu, şəriətə bağlı olan bir məsələdir. Əhli-sünnə məzhəbinə görə, Günəş üfüq arxasında tamamilə görünməz olduğu an məğrib vaxtının başlanğıcıdır. Bu andan etibarən məğrib namazı qılına bilər. Günəş batandan sonra onun qırmızılığı şərq tərəfdə zolaq şəklində görünür. Günəş üfüq arxasında daha dərinliklərə endikcə, bu qırmızı zolaq yuxarıya doğru yüksəlir və səmanın yarısından keçib qərbə tərəf adlayır, nəhayət, qərbdə üfüqün arxasında itir. Həmin vaxta kimi məğrib namazını qılmaq olar.

Cəfəri məzhəbinə görə isə, məğrib namazının vaxtı qırmızı zolağın şərqdən qalxıb, səmanın yarısını keçdiyi və qərbə tərəf meylləndiyi an başlayır. Buna görə şiələr məğrib namazını sünnilərdən bir qədər gec qılırlar.

(adsgarden = window.adsgarden || []).push({});