Azərbaycan idmançıları üçün bədii gimnastika üzrə 37-ci dünya çempionatının ilk günü necə başa çatdı


Digərləri 16 Sen 2019 22:43:29 188 0

Azərbaycan idmançıları üçün bədii gimnastika üzrə 37-ci dünya çempionatının ilk günü necə başa çatdı

Bakıda keçirilən 37-ci bədii gimnastika üzrə Dünya Çempionatının ilk gününün nəticələrindən sonra Azərbaycan gimnastı Zöhrə Ağamirova 27-ci pillədə qərarlaşıb

Bakı. Cani Babayeva - Bakıda keçirilən 37-ci bədii gimnastika üzrə Dünya Çempionatının ilk gününün nəticələrindən sonra Azərbaycan gimnastı Zöhrə Ağamirova 27-ci pillədə qərarlaşıb. Trend-in məlumatına görə, digər bir gimnastımız Veronika Qudis 56-cı pillədə qərarlaşıb. Bugünki seçmə yarışlar zamanı Zöhrə Ağamirova və Veronika Qudis halqalı hərəkətlərlə proqramlarını təqdim ediblər. Çıxışın nəticələrinə görə, Zöhrə Ağamirova 19.000 xal, Veronika Qudis isə 16.950 xal toplayıb. Sabah, sentyabrın 17-də, Zöhrə Ağamirova və Veronika Qudis top ilə hərəkətlərdə çıxış edəcəklər. Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.