Ürək qapağı infeksiyası nədir?


Digərləri 16 Sen 2019 22:25:00 267 0

Ürək qapağı infeksiyası nədir?

Ürək klapanlarının daxili hissəsini əhatə edən endokardiyal təbəqənin infeksiyası əksər hallarda ürək klapanlarına da təsir edir.

Son.az medicina.az-a istinadən bildirir ki, ürək qapağının infeksiyaya yoluxması, sonradan ciddi həyati təhlükəyə səbəb ola bilər. Bu infeksiyalar ümumiyyətlə, bakteriyalardan qaynaqlanır, lakin bəzi nadir hallarda müxtəlif göbələk infeksiyaları səbəbindən inkişaf edir. Hər hansı bir yolla qana daxil olan bakteriya və ya göbələk ciddi ürək xəstəliyinə, ürək qapağının səmərəli işləməməsinə və ritminin pozulmasına gətirib çıxardır.

Ürək qapağı infeksiyasının əlamətləri

Ürək qapağının infeksiyası olan insanlarda yorğunluq, zəiflik, qızdırma, oynaq ağrısı, əzələ ağrısı və çəki azlığı kimi xoşagəlməz hallar baş verir. Ürək qapağı infeksiyasının diaqnozu müxtəlif görüntü üsulları və seriyalı qan analizlərinin tətbiqi ilə mümkündür.

Ürək qapağı infeksiyasının müalicəsində cərrahi müdaxilələr  

(adsgarden = window.adsgarden || []).push({});