Bakıda 36 yaşlı kişi ürəyindən bıçaqlandı


Digərləri 16 Sen 2019 22:32:54 198 0

Bakıda 36 yaşlı kişi ürəyindən bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Bakı. Samir Əli - Bakıda bıçaqlanma hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, C.Naxçıvanski küçəsi, 48 saylı binanın qarşısında qeydə alınıb. Bakı şəhər sakini - 1983-cü il təvəllüdlü Abdullayev Qalib Malik oğlu həmin ünvanda tanımadığı naməlum şəxs tərəfindən sol döş qəfəsindən bıçaqlanıb. Yaralı təcili xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.