12ci İmam Mehdi (əc) haqqında Quranikərimdə ayə varmı?


Digərləri 16 Sen 2019 22:15:00 357 0

12ci İmam Mehdi (əc) haqqında Quranikərimdə ayə varmı?

Qurani-kərimdə bilavasitə İmam Mehdinin (əc) adı çəkilmir. Lakin bir neçə ayəni məna baxımından İmam Mehdi (əc), Onun zühuru və qiyamı ilə bağlayırlar. Quranda bu cür ayələrin sayı barədə müxtəlif fikirlər mövcuddur.

Son.az islam.az-a istinadən bildirir ki, Əllamə Məclisi "Biharül-ənvar" kitabında (51-ci cild, səh. 44-64) Qurani-kərimin təqribən 75 ayəsini İmam Mehdi (əc) haqqında təfsir edərək, bu barədə 66 hədis verir. XVIII əsrin məşhur şiə alimi Seyyid Haşım Bəhrani "əl-Məhəccə fima nəzələ fil-qaimil-hüccə" kitabında 132 ayənin Həzrət Mehdiyə (əc) aid olduğunu bildirir. Hətta bəzi internet saytlarında belə ayələrin sayı 255-ə çatdırılır. Əhli-sünnə alimləri də öz təfsirlərində bu ayələrin bir neçəsinin məhz Həzrət Mehdi (əc) ilə bağlı olduğunu etiraf etmişlər. Ayələr içində ən məşhur olanları bunlardlr:

Ənbiya, 105; Qəsəs, 5; Tövbə, 33; Hədid, 17; Nur, 55; Nisa, 159; Leyl, 1; Əsr surəsi və s.

(adsgarden = window.adsgarden || []).push({});