Hədisiqüdsi nə deməkdir?


Digərləri 16 Sen 2019 21:45:00 230 0

Hədisiqüdsi nə deməkdir?

Hədisi-qüdsi "müqəddəs hə­dis" deməkdir. Mənası Allah-təalaya, amma forması (söz quruluşu) Həzrət Mühəmməd Peyğəmbərə (s) aid olan kəlamlara hədisi-qüdsi deyilir. Başqa sözlə, hədisi-qüdsi elə kəlamdır ki, bunu Allah Peyğəmbərə məna şəklində vəhy edib, amma Peyğəmbər onu söz qəlibinə sa­laraq insanlara çatdırıb.

Son.az islam.az-a istinadən bildirir ki, Quran ayələri ilə hədisi-qüdsi arasında 6 əsas fərqin olduğunu qeyd edirlər:

1. Quran ləfzi ecaza malikdir (leksik baxımdan bən­zərsiz və təkrarsızdır), hədisi-qüdsidə bu xüsusiyyət yoxdur.

2. Namazda yalnız Quranın ayələri oxunmalıdır, hədisi-qüdsini namazda qiraət əvəzinə oxumaq olmaz.

3. Quranı inkar edən kafirdir, hədisi-qüdsini inkar edən isə kafir sayılmaz.

4. Quran vəhy mələyi Cəbrailin vasitəsilə nazil olub, hədisi-qüdsıdə bu xüsusiyyətin olması zəruri deyil. O, yuxuda və başqa şəraitlərdə də Peyğəmbərə ötürülə bilər.

(adsgarden = window.adsgarden || []).push({});