10dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq


Digərləri 16 Sen 2019 21:49:00 277 0

10dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq

Sosial müavinətlərin elektron təyinatı infrastrukturunun qurulması işləri çərçivəsində ilin sonunadək 10-dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, buraya uşağın anadan olmasına görə birdəfəlik müavinət, 18 yaşadək sağlamlıq imkanları məhdud uşağa görə aylıq müavinət və həmin uşaqlara qulluq edənlərə aylıq təqaüd, eləcə də birinci, ikinci və üçüncü dərəcəli əlilliklərə görə aylıq müavinət və birinci dərəcəli əlilliyi olan şəxsə qulluq edənə aylıq təqaüd aiddir.

Beləliklə, pensiya təminatı kimi sosial müavinətlərin də təyinatının məmur-vətəndaş təması olmadan, heç bir sənəd və müraciət tələb edilmədən elektron qaydada həyata keçirilməsi təmin olunacaq.