Paşinyan Sərkisyanın kürəkəninə səsləndi:


Dünya 16 Sen 2019 21:21:00 210 0

Paşinyan Sərkisyanın kürəkəninə səsləndi:

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın kürəkəni və ölkənin Vatikandakı keçmiş səfiri Mikael Minasyana qarşı bu yaxınlarda ittiham irəli sürüləcək.

Son.az axar.az-a istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 16-da Vandzorda keçirdiyi mətbuat konfransında bildirib.

O, M.Minasyanın S.Sərkisyanın bu yaxınlarda həbs ediləcəyi ilə bağlı verdiyi bəyanatı şərh edərkən deyib: "Ermənistandakı strateji obyektlərdən birini özəlləşdirdiyi üçün Mikael Minasyana qarşı bu yaxınlarda cinayət işi başlayacaq. Mən onun bu bəyanatını bu məsələ ilə əlaqələndirirəm. Görünür, o, bununla bağlı informasiya əldə edib. Minasyan hesab edir ki, Sərkisyana qarşı ifadə verəcək. Onun ifadəsi əsasında Sərkisyan həbs ediləcək. Mən ona Ermənistana qayıdıb Xüsusi İstintaq Komitəsinə ifadə verməyi məsləhət görürəm. O, çoxlu sayda obyektin sahibidir. Bu obyektlər isə adı sizə tanış olmayan bir qadının adına qeydiyyatdan keçirilib".