Niyə tarix kitablarında hicrətin 94cü ilini “fəqihlər ili” adlandırırlar?


Digərləri 16 Sen 2019 21:10:00 258 0

Niyə tarix kitablarında hicrətin 94cü ilini “fəqihlər ili” adlandırırlar?

İslam tarixində bəzi illər müəyyən adlarla adlandırılıb. Bu, həmin illərdə baş verən mühüm hadisələrlə bağlıdır. Məsələn, peyğəmbərliyin 10-cu ili "hüzn ili" adlandırılır. Çünki həmin il Peyğəmbərin həyat yoldaşı Xədicə və əmisi Əbu Talib vəfat etmiş və Peyğəmbər bu itkilərdən xeyli kədərlənmişdi. Son.az islam.az-a istinadən bildirir ki, hicrətin 94-cü ilinə "fəqihlər ili" deyilməsinin səbəbi budur ki, həmin il ağaşıda adları çəkilən bir neçə məşhur şəxsiyyət və əsasən, böyük fiqh alimləri vəfat etmişlər: dördüncü İmam Zeynül-abidin (ə), zalım Həccacın qətlə yetirdiyi Səid ibn Cübeyr, Mədinənin yeddi məşhur fəqihindən (füqəhayi-səb'ə) sayılan Səid ibn Müseyyib, Ürvə ibn Zübeyr (Zübeyr ibn Avvamın oğlu), Əbubəkr ibn Əbdürrəhman Məxzumi (Əbu Cəhlin qardaşı nəvəsi), Übeydullah ibn Abdullah Həzəli (səhabə Abdullah ibn Məsudun qardaşı oğlu) və daha bir neçə böyük alim. Eyni ildə Məkkədə baş vermiş taun xəstəliyi 300 min adamın ölümü ilə nəticələndi ki, bunların arasında xeyli elm əhli də vardı.

(adsgarden = window.adsgarden || []).push({});