Tramp İranın hücumda əli olmadığına skeptik yanaşır


Dünya 16 Sen 2019 21:06:00 245 0

Tramp İranın hücumda əli olmadığına skeptik yanaşır

ABŞ Prezidenti Donald Tramp İranın Səudiyyə Ərəbistanının neft emalı obyektlərinin yarısını sıradan çıxaran dron hücumlarında əli olmadığını deməsini sual altına alıb. İran isə hücum ittihamlarının "maksimum yalan" olduğunu deyir.

"Xatırlayın ki, İran ABŞ dronunu vuranda, onun öz hava hüdudlarında vurulduğunu deyirdi, halbuki dron qətiyyən orada deyildi. Onlar bu hekayəni böyük yalan olduğunu bilə-bilə möhkəm müdafiə etdilər. İndi deyirlər ki, onların Səudiyyə Ərəbistanına hücumda əli olmayıb. Görərik?" Tramp Twitterdə yazıb.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Səudiyyə hərbi sözçüsü ilkin təhqiqatların hücumda "İran silahlarından" istifadə olunduğunu göstərdiyini deyib.

Yəməndə qərargahlanan İranının himayə etdiyi Husi üsyançıları Səudiyyə Ərəbistanının neft hasilatını 5.7 milyon barel azaltmış hücuma görə məsuliyyəti öz üzərlərinə götürüblər.

İran iyun ayında ABŞ-a məxsus dronu körfəz səmasında vuranda, RQ04 Global Hawk-un öz hava hüdudlarında olduğunu iddia etmişdi. ABŞ Dövlət Katibi Mayk Pompeo isə hücuma görə birbaşa İranı günahlandırıb.