Qədim “Sevgili skeletlər”in cinsi kişi çıxdı


Digərləri 16 Sen 2019 20:58:00 287 0

Qədim “Sevgili skeletlər”in cinsi kişi çıxdı

İtalyan tədqiqatçıları "Modena sevgililəri" kimi tanınan əl-ələ tutmuş skeletlər əslində kişilərə məxsus olduğunu subut etdi.

Son.az Ölkə.az-a istinadən xəbər verir ki, alimlər IV - VI əsrlərdə yaşayan, qalıqları olan insanların cinsini diş minasında qalan zülalın təhlili vasitəsilə müəyyənləşdiriblər.

İlk dəfə skeletlər 2009-cu ildə tapılmışdı, lakin onların pis vəziyyətinə görə, kişi və ya qadın olduqlarını müəyyən etmək olmamışdı. Tədqiqatçılar hər iki kişini tam olaraq nə üçün bir yerdə dəfn olunmasını müəyyənləşdirə bilməyiblər.

Bir neçə fərziyyəyə görə, onlar birlikdə döyüşdə həlak olmuş qardaş, əmiuşağı və ya əsgər ola bilərlər.

(adsgarden = window.adsgarden || []).push({});